“Azərbaycanın dəmir yollarının səmərəliliyinə görə MDB-də lider olması təbiidir” – TAHİR MİRKİŞİLİ

116

“Son illər “Azərbaycan Dəmir Yolları” QSC-də kifayət qədər yenidənqurma işləri aparılıb və həmin işlər bu gün də davam etdirilir. Odur ki, Azərbaycanın dəmir yollarının səmərəliliyinə görə MDB-də lider olması təbiidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, dünyada isə 11-ci olmasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, sözügedən indeks Dünya İqtisadi Forumunun bu il üçün tərtib etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”nda öz əksini tapıb. Azərbaycan 70,8 bal toplayaraq MDB-də lider, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olub.

T.Mirkişilinin sözlərinə görə, dəmir yolu təsərrüfatında aparılan işlər arasında ölkənin beynəlxalq bazarlara çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusilə qeyd olunmalıdır: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində yükdaşımar üçün yeni marşrut yaranıb, Azərbaycan ərazisi ilə daşınan yüklərin həcmi artıb. Halbuki əvvəllər dəmir yolları ilə yükdaşımalar az idi.

Bu gün Azərbaycanın üzv olduğu beynəlxalq nəqliyyat dəhlizləri dünyada ən sonunculardan və yeni istifadəyə verilənlərdən hesab edilir. Həmin dəhlizlərə yeni texnologiyaların tətbiqi yükdaşımaların artmasına səbəb olur. Azərbaycan Avropa və Asiya, Şimal və Cənub arasında intensivliyin artmasında rol oynayır. Bu rol ölkənin “Qlobal Rəqabətlilik Hesabatı”nda 11-ci yerdə qərarlaşmasına səbəb olur. Bu hesabatda yüksək mövqedə olmaq Azərbaycan iqtisadiyyatının digər ölkələrin iqtisadiyyatları ilə inteqasiyaya, əməkdaşlığa hazır olduğunu göstərir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən xarici şirkətlərin sayını artır”.

Qeyd edək ki, reytinq cədvəlində Rusiya 64,6 bal toplayaraq MDB-də 2-ci, dünyada 17-ci, Ukrayna 52,9 bal toplayaraq MDB-də 3-cü, dünyada 34-cü, Tacikistan 51 bal toplayaraq MDB-də 4-cü, dünyada 37-ci, Gürcüstan 48,9 bal toplayaraq MDB-də 5-ci, dünyada 43-cü, Ermənistan 35,1 bal toplayaraq MDB-də 6-cı, dünyada 67-ci, Moldova 33,8 bal toplayaraq MDB-də 7-ci, dünyada 69-cu, Qırğızıstan isə 30,1 bal toplayaraq MDB-də 8-ci, dünyada 77-ci olub.

Hesabatda Birlik ölkələrindən Belarus, Qazaxıstan, Özbəkistan və Türkmənistan sözügedən indekslə əhatə edilməyib.

Siyahıya dünya üzrə liderliyi 96 balla Yaponiya edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər