Azərbaycanın idxaldan 100% asılı olduğu ərzaqlar... – SİYAHI, QİYMƏTLƏR

1921

Dövlət Statistika Komitəsi 2017-ci ilin dekabar ayı üzrə ərzaq bazarında qiymətlərə dair statistikanı yayıb. Qiymət statistikasını maraqlı edən cəhətlərdən biri budur ki, aparılan qiymət monitorinqi ticarət şəbəkələri vasitəsilə hansı ərzaq məhsulu üzrə tamamən idxaldan asılı olduğumuzu, hansı məhsul növünə olan ehtiyacın bütünlükdə daxili istehsal hesabına ödəndiyini də müəyyən etmək olur.

Araşdırma göstərir ki, qiymətin müşahidə edilən 140-dan artıq ərzaq növünün 22-i yalnız idxal edilir və onların yerli anologiyası olmayıb. Beləliklə…

İdxaldan 100% asılı olduğu ərzaqlar…

Dekabr ayının monitorinqi göstərir ki, ticarət şəbəklərində aşağıdakı ərzaq növlərinin yalnız idxal anologiyalarına rast gəlinib:

Məhsulun adı Ölçü vahidi Qiymətləri, manatla
Manna yarması 1 kq 2.4
Qarabaşaq yarması 1 kq 2.12
“Herkules” yilaf yarması 500 qr 2.13
Yarmadan, undan və ya nişastadan hazırlanmış uşaq qidaları 500 qr 9.52
Dondurulmuş stavrida, skumbriya, xek 1 kq 5.3
Şprot balıq konservləri 125 qr 1.44
Sayra, sardina balıq konservləri 125 qr 1.21
Uşaq qidası üçün quru süd qarışığı 1 lt 31.33
Tərkibində qursaq mayası olan bərk və yumşaq pendir 1 kq 12.75
Əridilmiş pendir 1 kq 13.67
Banan 1 kq 2.78
Qurudulmuş ərik 1 kq 8.85
Qurudulmuş xurma 1 kq 5.23
Qurudulmuş üzüm 1 kq 6.63
Şirin bibər 1 kq 1.84
Badımсan 1 kq 1.9
Bulyon kubikləri 1 əd 0.14
Xəmir mayası 100 qr 1.05
Ərzaq sodası 500 qr 0.8
Tez həll olunan qəhvə 100 qr 5.11
Kakao tozu 100 qr 2.42
Energetik içki 250 ml 1.15

Yerli məhsullardan 100% asılı olduğu ərzaqlar…

2017-ci ilin dekabr ayı ərzində ticarət şəbəkələrində aparılan müşahidələrin nəticəsinə görə, 27 çeşiddə qida bütünlüklə yerli məhsul olub. Həmin məhsullar və onların qiyməti aşağıdakı cədvəldə əks olunub.

Məhsulun adı Ölçü vahidi Qiymət, manatla
Əla növ buğda çörəyi 1 kq 0.79
Çovdar çörəyi 1 kq 1.08
Qarşıq undan çörək 1 kq 0.98
Bulka 100 qram 0.26
Paxlava 1 kq 7.15
Sümüklü mal əti (doğranmış) 1 kq 10.51
Sümüksüz mal əti (tikə) 1 kq 12.83
Sümüklü qoyun əti 1 kq 10.78
Mal ciyəri 1 kq 6.32
Farş 1 kq 10.94
Kütüm, sazan, xəşəm 1 kq 6.38
Pasterizə olunmamış üzlü süd 1 lt 0.84
Qatıq 1 lt 1.84
Dovğa 1 lt 1.83
Şor 1 kq 2.94
Toyuq yumurtası 10 ədəd 1.62
Xurma 1 kq 0.6
Çiyələk 1 kq 2.2
Qoz 1 kq 5.38
Fındıq 1 kq 5.03
Göyərti 1 dəstə 0.14
Balqabaq 1 kq 0.51
Təzə göbələk 1 kq 4.8
Xiyar turşusu 1 kq 1.73
Pomidor turşusu 1 kq 1.69
Kələm turşusu 1 kq 1.42
Saqqız 1 ədəd 0.56

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər