Azərbaycanlı cərrah qadınları iyrənc şəkildə təbrik etdi

1900

Dünəndən etibarən sosial şəbəkələrdə azərbaycanlı cərrahlardan birinin “sənət əsəri” paylaşılmaqdadır.

Virtualaz.org xəbər verir ki, fotoşəkildə üzündə tibbi maska olan cərrah masanın üzərində kəsilmiş insan mədələrindən düzəltdiyi “8” rəqəmi və “mart” sözü ilə təbrik “yaradıb”.

Bu fotoşəkil sosial şəbəkə istifadəçilərinin haqlı hiddətinə səbəb olub. Lakin elələri də tapılıb ki, bunun cərrah və həkimlər üçün “adi şey” olduğunu nəzərə çatdırıblar.

Qeyd edək ki, cərrah təbrikini imzalamağı da unutmayıb – “Doktor Rəfiyev”.

Bu hərəkətin həkimlik etikasına nə dərəcədə sığdığını müəyyənləşdirmək isə, yəqin ki, səlahiyyətli orqanların işidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər