Azərbaycanlı gənc “O Səs Almaniya”da almanları heyrətləndirdi – VİDEO

1309

Sentyabrın 26-da Almaniyada çox sevilən “O Səs Almaniya 2019” (The Voice of Germany 2019) proqramında azərbaycanlı müğənni Seyran İsmayılxanov öz səsi ilə Almaniyanı silkələyib.

Modern.az-ın məlumatına görə, bu haqda Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva xəbər verib.

Seyran İsmayılxanov yarışmada Mustafa Sandalın klassikləşmiş “Aya bənzər” mahnısını ifa edərək, dörd münsif üzvünü də özünə çevirməyi bacarıb və səhnədə əyləncəli anlar yaşadıb.

Naibə Hacıyeva bildirib ki, Seyran İsmayılxanovun səsinin gözəlliyi ilə bərabər özunəməxsus xarakteri var:

“Seyran İsmayılxanovu uzun illərdir tanıyıram. O, xalqına, torpağına, dövlətinə sadiq bir insandir. Uzun illərdir Azərbaycan xalqına məxsus olan xarakterini, sənətini qoruyub saxlayan Seyhan bəy, sentyabrın 26-da 55 milyon azərbaycanlını təmsil etdi. Həddindən çox qürurvericidir. Əsl Azərbaycan oğlu Seyran bəyi həm öz adımdan, həm də Alman-Azərbaycan Dostluq Cəmiyyəti adından ürəkdən təbrik edir, atdığı bütün addımlarında uğurlar arzu edirəm”.

Xatırladaq ki, Seyran İsmayılxanov “Sarı gəlin” mahnısı ifa edərək Amerikanın musiqi kanalı MTV-in siyahılarında yer alıb. “Gözəlim sənsən” mahnısı ilə isə alman musiqi siyahılarını alt-üst edən həmvətənimiz, indi də “O Səs Almaniya” yarışmasına damğasını vurub.

Elnur Eltürk

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər