Azərbaycanlı müğənni: “Vücudum gözəldir, niyə də göstərməyim ki?” – FOTO

2672

Müğənni Dilarə Kazımova mətbuata müsahibə verib.

Unikal.org milli.az-a istinadən həmin müsahibəni  təqdim edir.

– Son zamanlar cəsarətli foto və açıqlamalarınızla gündəmdəsiniz. Bu cəsarətin arxasında nə yatır?

– Mən xarakter olaraq iddialı xanımam. 16 yaşımdan oxuyuram və hələ də buna davam edirəm. Heç dayanmaq fikrim də yoxdur.

– İxtisasca opera-vokal artistisiniz. Aktrisa kimi də özünüzü təcrübədən keçirmək istərdiniz?

– Əslində, aktrisalıq təcrübəm var. Sonuncu dəfə Cəfər Axundzadənin”Qış nağılı” filmində çəkilmişəm. Film dekabr ayında tamaşaçılara təqdim olunacaq.

– Miri Yusifin “Ad günü” klipindəki görüntüləriniz böyük-səs küyə səbəb olmuşdu. Dəvət kimdən gəlmişdi?

– Biz Miri Yusiflə çox yaxın dostuq. Miri Yusif dedi ki, klipdə elə bir səhnə var ki, onları ancaq sən oynaya bilərsən. Dostumun təklifini dəyərləndirib qəbul etdim. Çünki bu sənətdir.

– Sənət üçün hər şey edərsiniz?

– Mən öz hissiyatıma inanıram. Təklif gələndə hiss edirəm ki, bu, mənə yaxşılıq gətirəcək, yoxsa pislik.

– Sənət üçün nəyə getməzsiniz?

– Bunu hal-hazırda deyə bilməyəcəyəm. Bir söz var: “Heç vaxt, heç vaxt demə”.

– Dostunuz varmı?

– Əlbəttə ki, var. Sənət aləmindən də bir çoxları ilə dostluq edirəm.

– “Eurovision” yarışmasının digər iştirakçıları ilə münasibətiniz yaxşıdır?

– Ən yaxın münasibətdə olduğum Eldar Qasımovdur. Mən Eldarla da elə həmin yarışma zamanı tanış olmuşam. İki dəfə “yox” cavabı alandan sonra 3-cü dəfə, nəhayət ki, məni yarışmaya qəbul etmişdilər.

– Gözəlliyinizi necə qoruyursunuz?

– Mən idmanla müntəzəm olaraq məşğul oluram. Ona görə də xarici görkəmimi utanmadan göstərirəm. Hətta o vaxt yarışmaya gedəndə mənə dedilər ki, niyə qapalı geyinmişdin? Vücudum gözəldir, niyə də onu göstərməyim?

– Amma insanlar qınayır…

– Bəziləri qınayır. Ya sevsinlər, ya da sevməsinlər. İnsanın xarakteri olmalıdır.

– Dilarə nəyi və ya kimi sevir?

– Hər şeyi sevirəm. Həyatımı, hər günümü çox sevirəm. Ümumiyyətlə, sevgi gözəl hissdir, mütləq sevmək lazımdır.

– Yerli müğənnilərdən kimləri dinləyirsiniz?

– Mən daha çox retro mahnıları sevirəm. Rəşid Behbudova, Şövkət Ələkbərova, Alim Qasımova qulaq asıram.

– İlk ailə həyatınız uğursuz alındı. İkinci dəfə ailə həyatı qurmaq istərdiniz?

– Xeyr, hələ ki, istəmirəm.

– Özünüzdən böyük hansı müğənni ilə məsləhətləşirsiniz?

– Faiq Ağayevlə, Tünzalə Ağayeva ilə görüşəndə onlarla məsləhətləşirəm.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər