“Azərikimya” İstehsalat Birliyində qaz-turbin kompleksi ilin sonunadək işə salınacaq

504

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin təkmilləşdirilmiş qaz-turbin kompleksi bu ilin sonunadək işə salınacaq.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, söhbət 2001-ci ildə quraşdırılmış və bu günədək işini davam etdirən buxar generator qurğusundan gedir:

“”SOCAR Uniper” qurğunu üçüncü generatorla tamamlayacaq ki, bu da istehsal gücünü 36 meqavattdan 65 meqavatta artırmağa imkan verəcək. Üçüncü generatorun istismarının başlanması gələn ilin ikinci rübünə nəzərdə tutulub”.

Qeyd edək ki, “Azərikimya” İstehsalat Birliyinin strukturuna “Etilen-polietilen” zavodu, Səthi-aktiv maddələr zavodu, Üzvi sintez zavodu, Mexaniki təmir zavodu, Kimya institutu, Təmir-tikinti idarəsi, Nəqliyyat və xüsusi texnika idarəsi, Anbar təsərrüfatı daxildir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər