“Azərikimya”nın adı “qara siyahı”da birincidir

826

Jurnalistlərə cavab verməyən qurumların “qara siyahısı” açıqlandı

Azerkimya-300307-bigBu günlərdə Zərdabi Mətbuat Mərkəzi (ZMM) Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirib.

Lent.az-ın məlumatına görə, tədbirdə ZMM-in layihə çərçivəsində apardığı sorğunun birinci istiqaməti üzrə nəticələr açıqlanıb. Ümumilikdə sorğudan məqsəd Azərbaycanda ilk mənbədən informasiya əldə etmək sahəsindəki vəziyyətlə yaxından tanışlıq, bu sahədəki dinamikanı və tendensiyanı izləmək olub. Sorğu çərçivəsində informasiya mənbələrinin informasiya daşıyıcısı rolunda çıxış etmələrinin səviyyəsi müəyyənləşdirilir, dövlət qurumlarına, bələdiyyələrə və digər yerlərə təqdim edilən jurnalist sorğuları, onların cavablandırılması, cavablandırılmamasının səbəbləri və s. hallara aydınlıq gətirilməsi istiqamətində iş aparılıb.

Sorğu iki istiqamətdə aparılıb. Birinci istiqamət üzrə KİV-lərin ilk mənbə ilə bağlı məsələlərə münasibəti, ikincidə isə dövlət qurumlarının, idarə müəssisə və təşkilatların yaydıqları informasiyaların KİV-də işıqlandırılması səviyyəsi ilə əlaqədar onların fikirləri öyrənilib. Bu zaman informasiya daşıyıcılarının KİV-də işıqlandırılmanın hansı məqamlarından razı və yaxud narazı qaldıqları ortaya çıxarılıb.

100 respondent arasında aparılan sorğunun nəticələrinə əsasən, jurnalistlərə ən açıq dövlət qurumları Xarici İşlər Nazirliyi (+171 bal nisbətilə), Mərkəzi Seçki Komissiyası (+162), Daxili İşlər Nazirliyi (+158), Milli Məclis (+142) və digərləridir.

Respondentlərin cavablarına əsasən, jurnalistlərin suallarına cavab verməyən qurumlar “Azərikimya” İstehsalat Birliyi, Müdafiə Sənayesi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Respublika Hərbi Komissarlığı və digərləri olub.

“Sentyabr ayında hansı vəzifəli şəxs(lər), ictimai-siyasi xadim(lər) Sizə informasiya verib?” sualını isə 100 respondentdən 57-si cavablandırıb. 43 respondent sualı cavablandırmayıb. 7 cavab ümumi xarakter daşıyıb. “Olmayıb”, “heç bir şəxs”, “bəzi ictimai-siyasi xadimlər adlarının hallandırılmaması şərtilə”, “hamısı” kimi ifadələr işlədilib. Bu kateqoriya üzrə adları çəkilən 66 nəfər arasında dövlət qurumlarının rəhbərləri, deputatlar, tanınmış alim və mütəxəssislər var. Bəzi anketlərdə 2 və daha çox şəxsin adı qeyd olunub. Bu sualın cavabına əsasən, ilk yerə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxıb. Növbəti yerləri “Azərbaycan dəmir yolu” QSC-nin sədri Arif Əsgərov, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov və Müsavat Partiyasının sədri İsa Qəmbər tutub.

Pərvin ABBASOV

Mənbə: lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər