“Azərişıq”: “Sumqayıtda elektrik enerjisinin verilməsində problem yoxdur”

1336

“Hazırda Sumqayıt şəhərində elektrik enerjisinin verilməsində heç bir problem yoxdur”

Bu barədə sumqayitxeber.com-a “Azərişıq”-dan məlumat verilib.

“Sumqayıt şəhərində istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin istismar müddətini başa vurmuş elektrik şəbəkələrində texniki itkilərin aradan qaldırılması məqsədilə genişmiqyaslı təmir-tikinti və  yenidənqurma  işləri həyata keçirilir.

Son günlər əsən güclü küləklər şəhər kənarı bəzi yaşayış massivlərində elektrik şəbəkəsinə ziyan vurub, elektrik xətlərində qırılma halları baş verib.  “Lakin “Azərişıq” ASC-nin əməkdaşları qısa müddət ərzində bu qəzaları aradan qaldırıblar və abonentlərə elektrik enerjisinin verilməsini operativ olaraq bərpa ediblər. Hazırda Sumqayıt şəhərində elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. “

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər