“Azəryolservis” ASC: Bakı-Sumqayıt yolunda tıxac problemi aradan qaldırılır

1017

“Bakı-Quba avtomobil yolunda tıxacları aradan qaldırmaq üçün yeni yol aşırımı tikilir”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, Sumqayıtdan Bakı istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələri səhər saatlarında həmin ərazidə sıxlıqla üzləşdiyindən orada əlavə olaraq yolötürücü tikilir.

“Yeni yolötürücüsü magistralın 9-cu km-də inşa olunur. Həmin ərazidə bir neçə müddətdir ki, işlər başlanılıb və “Azəryolservis” ASC-nin texnikaları ərazidə işləyir. Yeni tikiləcək yol aşırımının uzunluğu 110 metr, eni isə 15 metr nəzərdə tutulub ki, bu da hazırkı yolötürücüsünün ölçülərindən bir neçə metr daha böyük olacaq”. Həmin ərazidə Bakı-sumqayıt yolunun genişləndirilməsinə gəlincə, P.Mürsəliyev bunun hazırkı işlər başa çatandan sonra baxılacağını bildirib. Qeyd edək ki, bu iş Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması üçün aparılır. İş gedən ərazi Bakı Beynəlxalq Avtovağzalına yaxın bir ərazidədir.

Anar Kəlbiyev

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər