AZTV-nin yeni rəhbəri kimdir? – İdman şərhçisi, müəllim…

1623

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib. 

“Qafqazinfo” bu məqamda Alışanovun yerinə təyin edilən gənc kadr Rövşən Məmmədovla bağlı bəzi məlumatları təqdim edir.

 Qeyd edək ki, bir neçə il əvvəl Arif Alışanovun müavini İbrahim Məmmədovun aparıcısı olduğu “Günün nəbzi” və “Həftə” analitik verilişlər teleaparıcı Rövşən Məmmədova həvalə edilmişdi. Bu təyinat mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. Belə ki, illərdir davam edən analitik proqramların gənc kadra etibar edilməsi birmənalı qarşılanmamışdı.

Rövşən Məmmədov AZTV-dən əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb. O, Bakı Slavyan Universitetində müəllim olaraq da fəaliyyət göstərib.




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər