AzTV-nin yeni sədr müavini kimdir? - FOTO

2849
Xəbər verdiyimiz kimi AzTV-yə yeni sədr müavini təyin olub.
 
Uzun illərdir AzTV-də müavin postun tutmuş Elsəvər Dünyamaliyevin yerinə təyin olunan Rüfət Həmzəyevin tərcümeyi-halını təqdim edir:

Rüfət Zeynalabdin oğlu Həmzəyev 15 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub.

İngilis təmayüllü 7 saylı orta məktəbi bitirib. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr, hərbi xidməti bitirdikdən sonra – 2009-2011-ci illərdə həmin təhsil ocağının magistr pilləsində təhsil alıb. 2017/2018-ci tədris ilində Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2019-cu ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisası üzrə təhsilini davam etdirir.

2009-cu ildən müxtəlif media orqanlarında fəaliyyət göstərib. 2010-cu ildə müsabiqə yolu ilə seçilərək AzTV-də fəaliyyətə başlayıb. 2012-2015-ci illərdə AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının Baş redaktoru vəzifəsini icra edib. 2019-cu ilin aprelindən isə “Xəbərlər” İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsində çalışıb. Televiziya fəaliyyəti müddətində dünyanın siyasi və dini liderlərindən, ictimai xadimlərindən eksklüziv müsahibələrin alınması (Gürcüstan prezidenti S.Zurabişvili, OPEC-in baş katibi M.Barkindo, Moskva və bütün Rusiya Patriarxı Kirill və b.), ictimai-siyasi əhəmiyyətli hadisələrin episentrindən reportajların hazırlanması (“Aprel zəfəri”, “Günnüt əməliyyatı”, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları və s.) ilə yadda qalıb. “Bəşəri çağırış” (2017), “Sənaye: tarixi ənənələr yeni reallıqda” (2014), “Xalqın partiyası. YAP” (2019) və digər sənədli filmlərin müəllifidir. “Günün nəbzi” analitik-informasiya verilişinin aparıcısı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də sədr müavini təyin edilib.
Hazırda “Əsas məsələ” ictimai-siyasi tok-şousunun aparıcısıdır.
İngilis, rus, ərəb dillərini bilir.
Ailəlidir, 1 qız övladı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər