“Bakı Marafonu 2019”un 60 yaşlı sumqayıtlı iştirakçısı: 21 kilometr məsafəni qaçmaq mənim üçün çətin olmadı

318

Otuz ildir marafonlarda qaçış idman növü ilə məşğul oluram. Bu il keçirilən marafon əvvəlki illərdə olduğu kimi çox yaxşı təşkil olunub. Altmış yaşım olmasına baxmayaraq, 21 kilometr yarımarafon məsafəsini qaçmaq mənim üçün çətin olmadı. Bakıda marafonların keçirilməsi 2016-cı ildən başlayıb. Həmin il, eləcə də 2017-ci və 2018-ci illərdə veteranlar arasında yarışın qalibi olmuşam. Artıq dördüncü dəfədir ki, Bakıda təşkil edilən belə yüksək səviyyəli idman yarışına qatılıram.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Bakı Marafonu 2019”un 60 yaşlı iştirakçısı, veteranlar arasında finişə birinci gələn Sumqayıt şəhər sakini Tapdıq Dadaşov deyib.

Yarışın təşkilinə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirən altmış yaşlı iştirakçı deyib: “Özümü çox yaxşı hiss edirəm. Belə yarışlar insanlarda idmanla məşğul olmağa marağı artırır, fiziki cəhətdən sağlamlığı möhkəmləndirir, eyni zamanda, sağlam həyat tərzinin təbliğinə böyük töhfə verir.

Mən müxtəlif ölkələrdə, o cümlədən Rusiya, Ukrayna, Polşa, İtaliya, Türkiyə və Gürcüstanda veteranlar arasında keçirilmiş qaçış üzrə beynəlxalq marafonlarda iştirak etmiş, mükafatçılar sırasında yer almış və medallar qazanmışam. Ümumiyyətlə, Azərbaycanda belə uzun məsafəni qaçan mənim yaşda insanlar azdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər