Bakı-Quba yolunda dəhşətli qəza : 4 nəfər ölüb – FOTO

1789

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin kimliyi məlum olub. APA -nın şimal bürosunun məlumatına görə, onlardan biri, “Lada Kalina”nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə “Mercedes”in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.

****

23:09

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb. “Mercedes” markalı maşınla “Lada Kalina” markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb.

Yaralılar – Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər