Bakı-Sumqayıt marşrutunda qiymətlər qalxdı?

362

Bakıdan Sumqayıta hərəkət edən marşrut avtobuslarında gediş haqqı qaldırılıb. Sərnişinlərin verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıt istiqamətində hərəkət edən marşrutlarda gediş haqqı 40 qəpik olduğu halda, artıq 3 gündür ki, gediş haqqı 50 qəpiyə qaldırılıb. Sərnişinlər deyiblər ki, marşrut avtobuslarında gediş haqqı avtovağzal rəhbərliyinin tapşırığı ilə bahalaşdırılıb.

Kompleksdə fəaliyyət göstərən Sumqayıt Avtostansiyasının rəhbərinin tapşırığı ilə gediş haqqı 50 qəpiyə qaldırılıb. Sərnişinlər bu barədə narazılıq edəndə isə stansiya rəisi marşrut avtobuslarını xətdən çıxarıb və sərnişinlər marşrutsuz qalıb. Nəticədə bir saat ərzində stansiyada minlərlə sərnişin yığılıb və sonda sərnişinlər gediş haqqının 50 qəpiyə olması ilə razılaşıb. Sərnişinlər bildirirlər ki, stansiya rəisi gediş haqqının Nəqliyyat Nazirliyi tərəfindən qaldırıldığını bildirib. Hazırda stansiyadan Sumqayıt istiqamətinə hərəkət edən marşrutların hamısında gediş haqqı 50 qəpik müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Hafiz
    Noyabr 1, 2010 - 22:51

    Men de telebe oldugumdan ve her gun bu yolu gedib-geldiyimden deye bilerem ki yalan informasiyadir..Men her gefe gedish haqqini 40 qepikden vermishem..Eger bele bir hal varsa sernishinin ixtiyari catir ki surucuden Neqliyat Nazirliyinin gedish haqqini 50 qepik elemesi haqda senedi ona gostersin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər