Bakı-Sumqayıt yolunda ağır qəza: 3 nəfər yaralandı – FOTOLAR

660

Bakı-Sumqayıt şosesində ağır yol qəzası baş verib.

sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Isuzi” markalı kiçiktutumlu yük maşını yüksək sürətlə “Mercedes” markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıb.

Hadisə nəticəsində Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində, beynəlxalq avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər