Bakı-Sumqayıt yolunda avtobus “Toyota” ilə toqquşdu – FOTO

869

Bakı-Sumqayıt yolunda qəza baş verib.

sumqayitxeber.com Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Toyota” markalı 50 DP 566 dövlət nömrə nişanlı avtomobillə 135 nömrəli müntəzəm xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər