Bakı-Sumqayıt yolunda QƏZA tıxaca səbəb oldu (FOTO)

1028

Səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. Qəzaya səbəb isə iki maşın arasında ara məsafəsinin düzgün saxlanılmaması olub.

 Belə ki, Sumqayıtdan şəhər istiqamətinə hərəkət edən “Mercedes S class” markalı avtomobil qarşıdakı “VAZ-2106” markalı avtomobil ilə ara məsafəsi saxlamayıb. Öndə olan maşının qəfil əyləcə basması isə qəzaya səbəb olub.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər