Bakıda ailə faciəsi – Ana ilə 3 azyaşlı uşağı dəm qazından öldü

1222

Ötən gecə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən evlərdən birində Neftçala rayon sakinləri olan ana və üç azyaşlı uşağı kirayə yaşadıqları evdə dəm qazından boğularaq ölüb.

Sumqayitxeber.com-un Virtualaz.org-a istinadən məlumatına görə, hadisə Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini, Bakıda ustalıq edərək kirayədə yaşayan Sədullla Əsgərovun ailəsində baş verib. 26 yaşlı ana Elmira Əsgərova və onun azyaşlı övladları – 5 yaşlı Əli, 3 yaşlı Fatimə və 1 yaş 6 aylıq yaşlı Zeynəb faciəli şəkildə dünyasını dəyişib. Hadisənin baş verdiyi axşam ailənin başçısı S.Əsgərov gecə növbəsində işdə olub.

Ana ilə üç azyaşlı uşağı Neftçala rayonunun Xolqaraqaşlı kəndinə gətirilərək bu gün axşam saatlarında dəfn ediliblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər