Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixləri açıqlanıb

338

Oktyabrın 5-28-də Bakıda Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, yarmarka “Arıçılıq haqqında” qanuna uyğun olaraq təşkil ediləcək. Bunun üçün Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) yer ayrılıb.

Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-na qədər yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

Lənkəran iqtisadi rayonu üzrə – 15-18 sentyabr

Aran iqtisadi rayonu üzrə – 19-21 sentyabr

Gəncə-Qazax iqtisadi rayonu üzrə – 22-24 sentyabr

Şəki-Zaqatala iqtisadi rayonu üzrə – 25-27 sentyabr

Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə – 28 sentyabr

Dağlıq şirvan iqtisadi rayonu üzrə – 29 sentyabr

Naxçıvan iqtisadi rayonu üzrə – 30 sentyabr

Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə – 30 sentyabr

Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər