Bakıda DƏHŞƏT SAÇAN ƏRAZİ – Burada 2 gündə 5 gənc oğlan öldü

1079

Bakı şəhər Qala-Pirallahı yolunda daha bir ağır qəza baş verib.

Publika.az xəbər verir ki, dünən həmin yolda “VAZ 21099” markalı avtomobil 25 yaşlı oğlanı vurub. Ağır xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dekabrın 2-nə keçən gecə həmin yolda – “Zirə Bio Market”in qarşısında “Chevrolet Aveo” markalı avtomobil yük maşınına çırpılmış, nəticədə 4 gənc oğlan vəfat etmişdi.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər