Bakıda FACİƏ: sevgilisini bıçaqlayan şəxs avtomobili dərəyə aşırdı – Maşında olan qadın…

1046

Bakıda avtomobil dərəyə aşıb.
ONA -nın məlumatına görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA -ya bildirilib ki, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb.
Faktla bağlı bəzi məqamlar məlum olub.
ONA -nın məlumatına görə, ölən şəxslərin adları məlum olub.
Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevdiyi qızı (Aygün, soyadı hələ məlum deyil) öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər