Bakıda güclü partlayış: ÖLƏNLƏR VAR – YENİLƏNİB

2391

Bu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş partlayışda ölənlərin sayı dəqiqləşib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Elite” ticarət mərkəzi ilə üzbəüz ərazidə yerləşən kiçik obyektdə qaz sızmasından baş verən partlayış səbəbindən 2 nəfər hadisə yerində ölüb. Hər iki şəxs yanaraq ölüb. Vizual olaraq onların kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib. Əlavə məlumat veriləcək.

*****

15:29

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib. Lent.az xəbər verir ki, “Elite” ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

Əlavə məlumat veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər