Bakıda güclü yanğın başlayıb -fərdi yaşayış evləri yanır

2296

Bakıda güclü yanğın başlayıb. Lent.az-ın məlumatına görə, paytaxtın İmran Qasımov küçəsində, “Azərbaycan” universitetinin arxasında yerləşən həyət evləri yanır. Saytımızın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının həcmi get-gedə böyüyür və digər evlər də təhlükə altına düşüb. Yarımtikililərin isə bir hissəsi artıq yanıb. Orada xeyli sayda həyət evlərinin olduğu bildirilir.

 Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
İlkin məlumata görə, orada xeyli yarımtikili evlər olub ki, əhali ora zibil atırmış. Yanğın da həmin zibilxanadan başlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər