Bakıda işdən çıxarılan bağban ev sahiblərinə hücum edib: arvad ölüb, əri ağır yaralanıb – FOTO – VİDEO

656

akıda yol polisi qətl hadisəsinin üstünü açıb.

“Report”un məlumatına görə, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən “Range Rover” markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib.

Yol Polisi əməkdaşları maşına “saxla” əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyi ilə “Range Rover”i saxlamaq mümkün olub.

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar: maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.

Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən onların bağlarında işləyən bağbandır.

Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə, o, məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə apararaq meyitlərini gizlətmək istəyib.

Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər