Bakıda universitetdə xanım tələbələrə qəribə qadağa

1233

Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib.

Universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb.

Bununla əlaqədar olaraq, “Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib.

Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin verdiyi məlumata görə, bu qadağa bir aya yaxındır ki, qüvvəyə minib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.

Qeyd edək ki, sözügedən qadağa ilə əlaqədar olaraq Odlar Yurdu Universiteti ilə dəfələrlə telefon əlaqəsi saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. a24.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər