Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – İnstagram-da… – VİDEO

692

Sosial şəbəkə vasitəsi ilə vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub. Həmin şəxsin insanlara 500 min manata yaxın ziyan vurduğu bildirilir.

Neftçala sakini Fəxrəndə Səfərovanı Yasamal rayon polisidarəsinin əməliyyatçıları çoxsaylı şikayət əsasında tutublar. Məlum olub ki, gənc qadın İnstagram sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün ”İnşaatçılar” metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq, özünə şərik axtardığını bildirib.

Saxlanılan Fəxrəndə Səfərovanın sözlərinə görə, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.

İşin istintaqını aparan müstəntiq Cavid Əhmədovun sözlərinə görə, Fəxrəndə Səfərova təxminən 35 nəfərə qarşı 480 min manatdan çox ziyan vurub. Amma polis zərərçəkənlərin artacağını da istisina etmir. Faktla bağlı cinayətə işi başlanıb, istintaq davam edir. /xezerxeber.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər