Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq mümkün olacaq

464

“Türk Hava Yolları’ şirkətinin törəməsi olan “AnadoluJet”in martın 29-dan etibarən İstanbul şəhərinin “Sabiha Gökçen” və paytaxt Ankaranın “Esenboğa” hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 avrodan başlayacaq.

“Report” bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, simvolik qiymət Azərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistana yerinə yetiriləcək aviareyslərə aid ediləcək.

Xatırladaq ki, “AnadoluJet” 2016-cı ildə yaradılıb. Loukoster hazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər