Bakıdan Rusiyaya dəniz turları başlayır – KRUİZ GƏMİSİNDƏ – VİDEO

1683

Rusiya ilə Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar. Layihə çərçivəsində xəzəryanı ölkələrə kruiz səfərlər təşkil olunacaq. Buisəhəm Rusiyadan,həm də xəzərsahili dövlətlərdən xeyli turist axını deməkdir.

Xəzəryanı ölkələri əhatə edəcək, dəniz üzrə dairəvi gəmi turları təşkil olunacaq. Avropa ölkələrində geniş yayılan kruiz səfərlərinin xəzər dənizində təşkili “Pyotr Velikiy” gəmisi ilə həyata keçiriləcək.

Bundan əlavə Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında birbaşa gəmi reysinin açılması da nəzərdə tutulur. Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadənin sözlərinə görə ,bu istiqamətdə də hər iki tərəf arasında danışıqlar aparılır.

Kənan Quluzadə onu da bildirdi ki,ölkəmizə gələn turistlərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdı. Gəmi turları və həştərxanla birbaşa reysin açılması ilə bu rəqəm daha da artacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər