“Baş nazir” yol qəzasında öldü

1535

Abxaziya separatçı rejimin “baş naziri” Gennadi Qaquliya sentyabrın 8-də yol qəzasında ölüb.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu haqda REN TV məlumat yayıb.

Siyasətçi Qudautsk rayonunda Soçi aeroportundan gələrkən qəzaya düşüb. Onun həlak olmasını Abxaziyanın “Nazirlər Kabineti”nin mətbuat katibi Diana Zantariya təsdiq edib.

Qəzanın səbəbləri araşdırılır.

Məlumata görə, Qaquliya abxaz nümayəndə heyəti ilə sentyabrın 5-də Suriyaya getmişdi. Suriya bu ilin mayında Abxaziyanın müstəqilliyini tanıyıb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər