Bayram gecəsi Sumqayıtda necə keçdi?

829

Kriminal hadisə olmasa da, yanğın baş verib

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Sumqayıtda kriminal hadisə qeydə alınmayıb. Bu barədə Şəhər Polis İdarəsindən “sumqayitxeber.com”a bildirilib.

Şəhər Təcili yardım Xəstəxanasından isə bildiriblər ki, bu axşam müraciətlər olsa da,  onların heç biri ciddi bir hadisə ilə bağlı olmayıb.

Ancaq bayram yanğınsız keçməyib. Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsindən bildirilib ki, bu gecə iki yanğın çağırışı edilib. Səməd Vurğun küçəsi, Nəsimi adına parkda 50 kv.metrlik ərazidə qamışlıq yanıb. Yanğın FHN Yanğından Mühafizə idarəsinin əməkdaşları tərəfindən söndürülüb. Digər halda isə yalan çağırış olub. Məhəmməd Əsədov küçəsi, 17-ci mkr, ev 12-yə edilən çağırışa gedilsə də, heç bir hadisə baş vermədiyi məlum olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər