Bazarın, yoxsa millətin vəkili?!

1307

xanlarXanlar Xoca
xanlarxoca@gmail.com
Vaxt var idi Masallıda Əhəd Abıyevdən narazılıq edib, bu ad gələndə göz yaşı tökürdülər. İndi tərsinədir, Abıyev narazıdır. Masallıda yəqin ki, hər gün olmasa da ildə heç olmasa iki nəfər xuliqanlıq maddəsi ilə həbs olunur, amma Əhəd Abıyev məhz indi dilə gəlib. Niyə? Əhəd Abıyevi həbs olunan Həşimovlarla hansı tellər bağlayır bunu bilmirəm, heç maraqlı da deyil. Mənə maraqlı olan budur ki, Əhəd Abıyev indi bir sahibkarın hüququnun pozulduğunu iddia edib millət vəkili kimi onu müdafiə etmək haqqında düşünürsə bəs Avropa Məhkəməsinə qədər gedib çıxmış Masallının digər iş adamı Adəm Nüsrətovun haqlarını niyə müdafiə etmirdi? A.Nüsrətov ki, icra başçısından narazı deyildi…

Ümumiyyətlə qəribə bir hal müşahidə olunur. Kim öz ərköyün tələblərini hakimiyyətə diqtə edə bilmirsə dövlət hakimiyyətini və onun sütunlarını hədəf seçir. Əhəd Abıyev də indi MTN-nin Masallı şöbəsinin adını əsassız olaraq hallandırmaqla məşğuldir, həm də çox eybəcər formada, halbuki bunun əvəzində öz seçicilərinin sosial problemlərinin həlli ilə məşğul olsa daha yaxşı olardı. Millət vəkili statusu heç kimə yerli dövlət hakimiyyəti nümayəndələrinə qarşı çıxmağa əsas vermir. Millət vəkili əhalini səbrli olmağa dəvət etməlidir, onun qarşısında dövlətin nümayəndəsinin ünvanına təhqir yağdırmamalıdır. Ümumiyyətlə təhqir acizlərin üslubudur, ziyalı, faktı olan insan təhqirə yol verməz, versə ondan ziyalı olmaz, millətə vəkil olmaz. “İlham Əliyevi sevirəm” deyib onun imzası ilə icra başçısı təyin olunmuş Qəzənfər Ağayevi təhqir etmək bir araya sığmır və bu çox böyük məntiqsizlikdir. Masallı heç kimin şəxsi mülkü deyil, Azərbaycan torpağıdır və heç kim də Prezidentə “bu insanı işdən çıxart, başqasını icra başçısı qoy” deyə bilməz.

Həmişə ədalətdən danışanlar indi niyə ədalətə, obyektiv istintaq aparılacağına şübhə edirlər məlum deyil. Hansısa orta təsilli bir insan həbs olunan adamı gedib Prezident Aparatında axtarsaydı anlamaq olardı, amma bir millət vəkilinin həbs olnunanların azad olunmamasında Prezident Adminstrasiyasının rəhbərini günahkar bilməsi çox kobud səhvdir. Bu gün hamı xalqın birləşməsindən, düşmənə qarşı vahid cəbhədə birləşməsi zərurətindən danışarkən kimlərinsə mərkəzi hakimiyyətə, onun sütunlarına qarşı pafoslu bəyanatlar verməsi, stəkanda fırtına qopartmaq cəhdləri, guya həyatına hansısa təhlükə yarana biləcəyi barədə təəssürat yaratmaq istəkləri düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. İranla həmsərhəd olan cənub regionumuzda narkotik maddələrin yayılmasına qarşı effektiv mübarizənin aparılması məhz yerli hüquq mühafizə və təhlükəsizlik orqanlarının əməyinin nəticəsidir. Bu gün həmin orqanlar kobud surətdə tənqid atəşinə tutulmağa deyil təşəkkürə layiqdirlər. Millət vəkili təkcə bazarkomu deyil, həm də sadə adamları müdafiə etməyi bacarmalıdır, çünki bir bazarın deyil, millətin vəkili olmağa and içib. Prezident Adminstrasiyası isə polis bölməsi və ya təcridxana deyil.

Amma kimə deyəsən? Bir deputat ki, üzvü olduğu parlamentin seçkili deyil, təyinatlı bir qurum olduğu barədə fikir yürütsün, o şübhəli şəxsin azad olunması üçün elə gedib PA qapısında gözləyər…
YAZARIN DİGƏR YAZILARI
Telebasabas

Əyri güzgülər ölkəsi
Sevgililər günü
Ad günü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • imran
    Dekabr 9, 2009 - 20:36

    Xanlar bəy,hadisəyə maraqli rakursdan yanaşmisiniz,ancaq mənə elə gəlir ki,burada söhbət kimin haqli olub-olmamasindan çox,bir bezin, bir-biri ilə qazancda razilaşmayan 3qirağindan gedə bilər.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər