Bernhard Raab: “Uğur Pamukun “Xəzər Lənkəran”a keçidi xəbəri doğrudur”

926

“Sumqayıt”  klubunun baş məşqçisi Bernhard Raab Sportal.az  saytına müsahibəsində komandasının qış fasiləsindəki transfer siyasəti haqqında açıqlamalar verib.  “Sumqayıt”dan ayrılması gündəmdə olan futbolçularla bağlı son durumu açıqlayan alman çalışdırıcı bununla yanaşı, “gənclik şəhəri”nin təmsilçisinə yeni qoşulacaq oyunçular barədə də danışıb.

– Eşitdiyimizə görə “Qəbələ” Murad Ağayevi transfer etmək istəyir. Bu nə dərəcədə realdır?

– Murad Ağayevin hazırda bir az zədəsi var. Ümid edirik ki, o, tez bir zamanda sağalar. Muradın “Qəbələ”yə keçidinə gəldikdə isə hələ ki, elə bir şey yoxdur. O, “Qəbələ”yə getmir.

 

– Uğur Pamukun “Xəzər Lənkəran”a keçidi ilə bağlı nə deyə bilərsiz?

– Bəli, Uğur Pamukun “Xəzər Lənkəran”a keçidi xəbəri doğrudur. O, yaxın günlərdə yeni klubuna gedəcək və müqavilə imzalayacaq.

 

– Bu futbolçulardan başqa hansı oyunçuların “Sumqayıt”ı tərk edəcək?

– Hələ ki, elə bir şey yoxdur. Amma gələcəkdə nə olacaq bilmək olmur. Transfer pəncərəsinin bağlanmasına var. Ancaq hazırkı vəziyyət göstərir ki, heç bir oyunçu komandanı tərk etməyəcək.

 

– Eşitdiyimizə görə Rusiya və Almaniyanın aşağı divizionlarından oyunçular axtarırsınız.

– Bəli, eşitdikləriniz doğrudur. Bir oyunçumuz komandadan getdi. Digəri yeni klubu ilə müqavilə bağlamaq üzrədir və yaxın günlərdə də nə olacağını bilmirik. Ona görə də güc itirə bilmərik. Axı bizim qarşıda oyunlarımız var. Bəli, biz yeni oyunçular axtarırıq və çalışırıq ki, komandaya gətirəcəyimiz oyunçu yaxşı olsun.

 

– Estoniyadan Röyal Əliyevi baxışa çağırmısınız.

– Bəli, Röyal hazırda bizimlədir və növbəti 3 gün də bizimlə olacaq. Onu baxışdan keçiririk. Onunla bağlı hələ dəqiq bir cavab deyə bilmərəm. Çünki tezdir. Yoxlanış başa çatdıqdan sonra Röyalla bağlı dəqiq fikir deyə biləcəyik.

 

– Eşitdiyimizə görə Orxan Əliyev “Trabzonspor”a baxışa gedir. Bu xəbər doğrudur?

– Hesab edirəm ki, Orxan hələ komandanı tərk etməməlidir. Çünki, onun üçün hələ tezdir. Fikrimcə, bir az daha təcrübəyə ehtiyacı var. Amma nə olacağını heç kim dəqiq deyə bilməz. Ümid edirəm ki, onun üçün hər şey yaxşı olar.

Elmar Vəliyev

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər