Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik - Yeni təyinatlar

168

“Azərbaycan Beynəlxalq Bankı”nın baş direktoru Cəlal Orucov vəzifəsindən istefa verib.

Bu barədə məlumatı Renkinq.az saytı yayıb. Xəbərə görə, C.Orucovun istefa verməsinə səbəb “PAŞA Bank”da yüksək vəzifəyə təyinat alacağıdır.

Cəlal Orucov ABB-nin komandasına 2017-ci ilin Yanvarında qoşulmuşdu. O, daha əvvəl Azərbaycan Mərkəzi Bankında, Milli Kart prosessinq mərkəzində (2006-cı ildən icraçı direktor) və Unibankda çalışıb.

***

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. Emil Əmirov banka informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik Emil Əmirov Azərbaycan Beynəlxalq Bankında elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən Emil Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, “AtaBank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib. Emil Əmirov Azərbaycan Beynəlxalq Bankının informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.

“Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. Fərid Quliyev son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər