Bir də gördün fotodu adam…

1350

Onlar üç dost idi, indi heç biri bu həyatda yoxdur…

İnsanlar xarici görünüşünə görə bir-birinə bənzəsələr də taleləri müxtəlif olur.

İnsanı bəzən sevinc, bəzən kədər birləşdirir.

Onlar üç dost idi, hər üçü də jurnalist idi. “Yarpaq tökümü” Natiqin qəfil dünyasını dəyişməsi ilə başladı. O, 22 noyabr 2017-ci ildə vəfat etdi.

Rəşad Süleymanov da dostları kimi yaşamaq eşqi ilə alışıb yanırdı. Onu da koronavirus əlimizdən aldı. Əsrin bəlası 15 dekabr 2020-ci ildə 37 yaşında Rəşadın ömrünə son qoydu.

Məhərrəm İbrahimov isə erməni terrorunun qurbanı oldu. Redaksiyanın tapşırığını yerinə yetirən Məhərrəm ermənilərin Kəlbəcərdə basdırdıqları tank əleyhinə minanın partlaması nəticəsində həyatla əbədi vidalaşdı. Onlardan geriyə isə bu foto qaldı.

Ələkbər Salahzadə haqlı imiş:

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər