“Bir kəmər – Bir yol” – Ölkəmizin yük və informasiya tranzit imkanlarını artacaq

386

Milli Məclisin İqtisadi Siyasət, sənayə və sahibkarlıq komitəsinın üzvü Tahir Mirkişili Çində start götürən “Bir kəmər – Bir yol” layihəsi təşəbbüsünün tarixi daha çox Azərbaycanla bağlı olduğunu bildirib.

Deputat qeyd edib ki, məhz ilk dəfə 1998-ci ildə Azərbaycanda İpək Yoluun bərpası ilə bağlı beynəlxalq konfrans keçirilib.

“2008-ci ildən etibarən dünya iqtisadiyyatında baş verən böhran, bütövlükdə dünya iqtisadiyyatının inkişaf sürətini zəiflətməyə başladı. Dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişlənməsinə ehtiyac var idi. Bunun üçün yeni təşəbbüslərə, eyni zamanda iqtisadi əməkdaşlığın yeni formatının yaradılmasına ehtiyac var idi. Azərbaycandan keçən qədim İpəkyolunun yenidən dirçəldilməsi ilə bağlı hər zaman müxtəlif təşəbbüslər olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ideya yenidən gündəmə gəldi. Çinin 2013-cü ildən etibarən irəli sürdüyü “Bir kəmər – Bir yol” layihəsi əslində yeni bir layihə deyil. Çinin irəli sürdüyü bu layihə həm maliyyə, həm də əhatəlilik baxımından bu təşəbbüslərin içində ən böyüyüdür. Bu layihə 65 ölkəni əhatə edir. Layihənin bütövlükdə maliyyə yükü təxminən 1 trilyon dollardan çoxdur. Bu qədər ölkəni və bu həcmdə maliyyəni özündə birləşdirən layihə olduğuna görə hazırda bütövlükdə materikdə iqtisadi əməkdaşlıq formatını dəyişib”.

Deputat qeyd edib ki, bu layihə həm də siyasi əlaqələrin genişlənməsi üçün əvəzedilməz platformadır:

“Yol Azərbaycandan keçdiyi üçün bu layihənin həyata keçməsi Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, geosiyasi və geoiqtisadi nüfuzunun artması və Azərbaycanın öz milli maraqlarının təmininə şərait yaradacaq. Bu layihədə keçmiş SSRİ ölkələrindən cəmi 4 ölkə iştirak edir ki, bunlardan da biri Azərbaycandır. Bu gün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri, ölkənin qonşularla (Ermənistan istisna) kifayət qədər konstruktiv münasibətlərinin olması, ölkənin öz iqtisadi imkanlarının kifayət qədər böyük olması, ictimai-siyasi vəziyyətin sabitliyi bütövlükdə layihənin həyata keçməsində mühüm rol oynayır. Çinin qəbul etdiyi bu layihə İspaniyaya qədər uzanan bütövlükdə infrastruktrun dəyişilməsini nəzərdə tutur. Çin təkcə özü bu layihəyə insfrastrukturun yenilənməsi üçün 113 milyard dollar investisiya qoymağı planlaşdırır. Digər ölkələrin də qoyacağı investisiyanı nəzərə alsaq, burada çox böyük rəqəm alınır”. Azərbaycan ilk gündən etibarən layihənin həyata keçməsində həm yaradıcı, həm də öz imkanlarını təqdim edən və gələcəkdə həyata keçirilən layihələrdən daha çox iqtisadi gəlir əldə etməyi bacaran dövlətdir”.

Onun sözlərinə görə, Azərbaycan bu layədə aktiv iştirak etməklə öz yük və informasiya tranzit imkanlarını artırır, bu imkanları iqtisadi gəlirə transfer edir, eyni zamanda milli istehsalçılar üçün yeni bazarlar əldə etməklə ixrac həcmini artırır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər