Bir qrup deputat Tovuzda olub

1014

Azərbaycan Milli Məclisinin bir qrup deputatı 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Tovuz rayonundakı N saylı hərbi hissədə əsgərlərlə görüşüblər.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon gəncləri ilə də görüşən millət vəkillərindən ibarət heyətə Qənirə Paşayeva, Xanhüseyn Kazımlı, İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni daxil olub.

Millət vəkilləri əsgərlər və gənclər qarşısında çıxış edərək, onları Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. Əsgərlərlə görüş zamanı millət vəkilləri onlara bayram hədiyyələri təqdim ediblər.

Millət vəkili, professor Xanhüseyn Kazımlı isə əsərlərindən ibarət üç cildliyin nüsxələrini hərbi hissənin kitabxanasına və Tovuz şəhərindəki Heydər Əliyev Muzeyinə bağışlayıb.

Millət vəkilləri ilə birlikdə görüşlərə qatılan əməkdar incəsənət xadimi Arif Qazıyev başda olmaqla Azərbaycan Dövlət Muğam Teatrının musiqi kollektivi əsgərləri və tovuzluları musiqi nömrələri ilə salamlayıblar.

LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər