Biri türk olmaqla zəhərlənmiş 3 Sumqayıt sakini barədə açıqlama

1103

Bu gün Sumqayıt şəhər sakinləri Əjdər Tağıyev, arvadı Zərnişan və oğlu Vüsal, Türkiyə vətəndaşı Rza Yılmaz evlərində tüstüdən və dəm qazından zəhərlənmə ilə xəstəxanaya aparılıb.

“Sumqayitxeber” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hazıra şəhər sakinləri həkim müayinəsi altındadır.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “sumqayitxeber”ə verilən məlumata görə xəstələr H.Z.Tağıyev qəsəbəsi sakinləridir. Onlardan 2-si Zərnişan Ağayev və Rza Yılmaz stasionar şəraitdə  müalicə edilib, digər iki nəfər isə ambulator müalicəyə qəbul edilib. Xəstələrin vəziyyəti normaldır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər