Bolqarıstanın iki əczaçılıq şirkəti Sumqayıtda dərman istehsal edə bilər

1265

Fins.az-ın məlumatına görə, Bolqarıstanın “Sopharma” və “Biopharm” şirkətlərinin nümayəndələri mayın 22-də Sumqayıt Kimya Sənaye Parkında olublar. Bu barədə  Sumqayıt Kimya Sənaye Parkından məlumat verilib. Məlumatda bildirilir ki, qonaqlara Sumqayıt Kimya, Qaradağ, Pirallahı və Mingəçevir sənaye parkları barədə, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib. Sənaye parklarının təqdimatı keçirilib.

“Sopharma” və “Biopharm” şirkətlərinin nümayəndələri Azərbaycanda baytarlıq sahəsində dərman məhsullarının istehsalı sahəsində investisiya imkanlarına dair tədqiqat apardıqlarını və ölkədə fəaliyyət göstərən yerli şirkətlə birlikdə sözügedən sahə üzrə istehsalat müəssisəsi yaratmaq niyyətində olduqlarını bildiriblər.

 Görüş çərçivəsində sənaye parkına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər