“Bomjların əksəriyyəti imkanlı ailələrin uşaqlarıdır” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

506

“Uşaqlıq dövrümüzdə hər birimiz böyük və ya kiçik travmalar alırıq. Böyük travmalar insan yaddaşından çox tez silinir. Kiçik travmalar isə uzun müddət qalıcı olurlar. Məsələn, biz bəzən övladımızı küncə qoyuruq. Bu uşaq şəxsiyyətinin təhqir olunmasıdır. Döymək, söymək, başqa uşaqlarla müqayisə etmək kimi kiçik travmalar həyatımızda böyük fəsadlar yaradır”.

Milli.Az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova bildirib.

Belə ki, tüfeyli həyat yaşayan insanların əksəriyyətinin ehtiyac usbatından yox, aldığı psixoloji travmalara görə bu cür həyat tərzi seçdiyini qeyd edən psixoloqun sözlərinə görə, onların əksəriyyəti məhz imkanlı ailələrin uşaqlarıdır:

“Onlar həmin ailələrdə ağır travmalar görüblər. Hərdən elə bilirik ki, imkanlı insanlar övladlarını daha yaxşı tərbiyə edib, daha yaxşı yaşadırlar. Amma bu cür insanlar övladlarını elə travmalar yaşadır ki, ya da onlara o qədər azadlıq verir ki, bir də ayılıb görür uşağı pis vərdişlərə yiyələnib. O zaman da uşağının səhvini düzəltmək yerinə onu evdən qovmaqla cəzalandırır”.

Gülnar Orucova qeyd edib ki, valideynlər uşaqlarına 7-8 yaşına qədər travma yaşatmamağa xüsusi diqqət yetirməlidirlər:

“Məgər mənim uşaqlarım məni incitmirlər? Lakin düzgün cəza üsulu seçmək lazımdır, döymək-söyməklə yox. Biz övladlarımızın səhv etməsinə imkan verməliyik. Sonra isə həmin səhvləri düzəltmək valideyn kimi bizim borcumuzdur. Bizdə isə əksinə, səhvlərini düzəltmək yerinə onlara günahkarlıq hissi yükləməklə özgüvənlərini salırıq. Bu da uşağın natamamlıq kompleksi yaşamasına və pis yola düşməsinə səbəb olur”.

Psixoloq intiharların artmasını da məhz bu faktorlarla əlaqələndirib:

“Natamamlıq kompleksi məndə də olub. Lakin mən bunu müsbət yönləndirməyi bacarmışam. Xüsusilə də, oğlan uşaqlarında natamamlıq kompleksi olanda onlarda pis vərdişlərə aludəçilik yaranır, alkoqolik və ya narkoman olurlar.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər