"Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib" - AÇIQLAMA

1435

“Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib”.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan azərbaycanlı Həbib Müntəzi öz “Facebook” profilində paylaşıb. O, paylaşdığı məlumatda bu gecə bir təyyarə, yəni 140 nəfər insanın Almaniyadan Bakıya deport edildiyini qeyd edib. Onun sözlərinə görə, deport edilən şəxslər artıq Bakıdadır və onlar hüquq-mühafizə orqanlsrı əməkdaşları tərəfindən qarşılanaraq sorğu-sual edilib və sonra buraxılıb. Həmçinin Həbib Müntəzir deportasiyanın davam edəcəyini bildirib.

Qeyd edək ki, son iki gün ərzində Almaniyadan 12 azərbaycanlının deportasiya olunub. Onlar arasında Geseke şəhərindən Mütəllimov Əfran, Mütəllimova Ülviyyə Achen şəhərindən müsavatçı Toğrul Məmmədov Hamm şəhərindən Azər Əliyev, yoldaşı və iki uşağı da var. Azər Əliyevin intihara cəhd etdiyi bildirilir. Bundan əlavə, Bavariyadan Davudov İmran və ailəsi Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov da deport olunanlar sırasındadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər