Bu gün beynəlxalq boks turnirinin qalibləri müəyyənləşəcək - SUMQAYITDA

1534

Bu gün yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2018” beynəlxalq turnirinin qalibləri müəyyənləşəcək.

sumqayitxeber.com AZƏRTAC-a istinadən  xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın yarımfinal mərhələsində 26 döyüşdə Azərbaycan millisinin 17 boksçusu rinqə çıxıb. Onlardan 10-u adını finala yazdırıb. Yeddi idmançımız isə turniri bürünc medalla başa vurub.

Qazaxıstan millisinin də finalda 10 boksçusu mübarizə aparır. Həlledici döyüşlərdə Ukrayna 4, Gürcüstan 2 idmançı ilə təmsil olunur. Rusiya və Qırğızıstan boksçuları isə yarımfinal səddini keçə bilməyiblər.

Qeyd edək ki, yarışa Azərbaycanın 2 komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları qatılıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər