Bu gündən daha 50 min ödənişli ictimai iş yeri yaradılır

986

Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Unikal.org xəbər verir ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.

Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər