Bu il Azərbaycan 6 min tondan çox karbamid ixrac edib

856

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6,2 min ton azot gübrəsi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, aylıq ixracın dəyəri 994 min ABŞ dolları təşkil edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,75 ton (3,5 dəfə) və 2,455 milyon ABŞ dolları azdır.

Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 0,6 % paya malik olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər