Bu il Azərbaycanda yol qəzalarında nə qədər insan ölüb? – DƏHŞƏTLİ STATİSTİKA

1049

Bu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1 274 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % az yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2% azalaraq 1735 nəfər olub. Onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb.
Yol-nəqliyyat hadisələrinin 88,5%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2% azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2% azalaraq 1135 nəfər olub.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79%-ini, yaralananların isə 74,2%-ini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib, nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Hadisələrin 70,6%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər