Bu il kimlər tələbə ola bilməyəcək? - Ekspertdən həyəcan təbili - AÇIQLAMA

1976

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı) açıqlanıb.

Yeni qaydalara görə, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Belə olan halda, bəs əvvəllki illərin məzunları bu il ali məktəblərə hansı qayda ilə qəbul olunacaq?

Yenicag.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov sualımızı belə şərh edib:

“Bütün abituriyentlər eyni qaydada imtahan verəcək. Hər hansı güzəşt tətbiq olunmayacaq. Cari ilin məzunları birbaşa buraxılış imtahanları verəcəklər. Əvvəlki illərin məzunları isə indiki qüvvədə olan qaydalara əsasən V qrupdan imtahan verəcəklər. Onların imtahanlarında bal əmsalı əvvəlki illərdən fərqli olaraq hesablanacaq. Qəbul imtahanı iki mərhələlidir. Əvvəlki illərin məzunları V qrupda 0-300, qəbul imtahanında isə 0-400 bal toplamalıdır. Bu il üçün ciddi yenilik bundan ibarətdir ki, xarici dil fənnindən imtahanda dinləmə aparatından istifadə olunacaq. Hansı ki, bir çox orta təhsil məktəblərində bu tətbiq olunmur. Buna görə də ciddi hazırlaşmalıdırlar, onlar üçün hər hansı güzəşt nəzərdə tutulmayıb. Əvvəlki illərin məzunları bu dəfə sıfırdan yeni kitablar oxumalıdırlar. Onlar üçün tamamilə yeni imtahan qaydası olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər