Bu il Sumqayıtda 2818 nəfər XI sinfi bitirəcək

1216

2018-2019-cu tədris ilində Sumqayıt Şəhəri Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 3763 , XI siniflərini 2818 nəfər bitirəcək.

Bu barədə APA-nın yerli bürosuna Sumqayıt Təhsil Şöbəsindən bildirilib.

Məlumata görə, Sumqayıtda 6124 nəfər I sinfi başa vuracaq.

Hazırda Sumqayıt şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 55478 şagird təhsil alır. Şöbənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 4094 müəllim işləyir.
Qeyd edək ki, Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində 46 ümumi təhsil məktəbi, 3 lisey, 1 gimnaziya fəaliyyət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər