Bu ildən sonra doğulanlarda xərçəng riski artıb – ARAŞDIRMA

280

Son illərdə xərçəng xəstəliyi bütün dünyada durmadan artır. Aparılan araşdırmalara görə, mədə xərçənginin yayılması riski 20 yaşa qədər azalıb. Yəni xəstəliyin arealı gəncləşib.

Unikal.org medicina.az-a istinadən bildirir ki, hazırda dünyada erkən dönəmdə aşkarlanan xərçəngin əməliyyatsız müalicə üsulları gündəmə gəlib. Türkiyəli professor Erdem Akbal məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə,1975-ci ildən sonra doğulan şəxslərin mədə xərçənginə meyilliliyinin daha da artmasının şahidi oluruq. Xərçəngi erkən mərrhələdə təşhis etmək lazımdır ki, hər hansı bir endoskopik müdaxilə və müayinə keçirə bilək. Bəzən bu müayinənin zərərli olduğu şübhəsi ilə ondan qaçırlar. Lakin hər tibbi müdaxilənin minimal riksləri olur. Ancaq faydası çox yüksəkdirsə riskər barədə xəstələr ilə danışıb müayinəni aparmaq gərəkdir.

Professor bildirib ki, hətta heç bir şikayəti olmayanlar belə müayinə olunmalıdır. Bir neçə il əvvələ qədər yoğun bağırsaq xərçəngi 50 yaşdan etibarən müşahidə edilirdisə, indi bu yaş 45-ə düşüb və sürətlə gəncləşir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər