Bu məhsullar orqanizmi yavaş-yavaş məhv edir – SİYAHI

633

Tez-tez xəbərdarlıq edilməsinə baxmayaraq, insanların istifadə etməyə davam etdikləri məhsullar hər gün onların ömrünü azaldır. Bu məşhur məhsullar orqanizmi yavaş-yavaş dağıdır.

Bunlardan birincisi, qazlı içkilərdir.

Qaz vurulmuş şirələr son dərəcə təhlükəlidir, çünki, bu mayelərin tərkibində 10 faizə qədər şəkər olur. Bu məhsuldan istifadə şəkərli diabetə və piylənməyə aparır. Qazlı mayelərin alternativi tam təzə meyvələrdir.

İkinci yerdə şirniyyat məmulatlarıdır. Tortlar və dadlı pirojnalardan həddən artıq istifadə edilməsi tövsiyə olunmur. Onların tərkibində çoxlu şəkər, duz və əlavə konservantlar olur.

Bundan sonra pendirlər gedir. Bərk pendirlərdə yağlılıq daha çoxdur. Məsələn, İsveçrə pendirində yağlılıq 50 faizdir. Bu cür pendirlərdə xolesterinin miqdarı yüksək olur. Alternativ olaraq daha çox kəsmikdən istifadə edin.

Həmçinin çörəyi xatırlatmaq lazımdır. Mütəxəssislər masada çörəyin olmasına qarşı çıxırlar. Hətta qara çörək məsləhət görülmür. Ağ çörək ən ucuz və ən təhlükəlidir.

Və sonuncu yerdə mükəmməl tərəvəzlər dayanır: gözəl görünüşü ilə pomidorlar, nəhəng ölçüdə portağal, qırmızı və ya sarı istiotlar. Bütün bu məhsullar diyetoloqlar tərəfindən məsləhət görülmür, çünki onlar potensial olaraq kanserogen tərəvəzlərdir. (publika.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər