“Canlanır hər qarış çöl Sumqayıtda” adlı rəsm sərgisi keçirilib

546

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə Nəsimi adına mədəniyyət və istirahət parkında Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Canlanır hər qarış çöl Sumqayıtda” adlı rəsm sərgisi keçirilib.
Açıq səma altında təşkil olunan sərgidə 30-a yaxın gənc müəllif öz əl işlərini nümayiş etdirilib.
Əvvəlcə qonaqlar gənclərin ifasında klassik musiqi sədaları altında sərgiyə baxış keçirib, müəlliflərin fikirləri ilə tanış olublar.
Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov şəhərimizin son illər ərzində əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmış, sərginin istedadlı və yaradıcı gəncləri aşkara çıxarmaq, qabiliyyətlərini nümayiş etdirə bilmələri üçün şərait yaratmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini qeyd edib və sərgi iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda sərgidə fəal iştiraklarına görə bir qrup gənc rəssam Baş İdarənin fəxri fərman və hədiyyələri ilə təltif ediliblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər