“Çelsi” – “Arsenal” – Bakıda ilk dəfə

234

Bakıda baş tutacaq Avropa Liqası finalında iki ingilis, xüsusən London komandasının çıxış etməsi həlledici qarşılaşmaya marağı artırıb.

Dünya nəhəngləri sayılan “Çelsi” və “Arsenal”ın paytaxtımıza gəlməsi ölkəmizdə də bu matçın əhəmiyyətini yüksəldib.  “Zadəganlar”ın və “Topçular”ın Bakıda kifayət qədər tərəfdarlarının olması gərgin qarşılaşmaya da rəng qatacaq.

Matçı digər maraqlı edən tərəf isə bu iki komandanın ilk dəfə qitəmiqyaslı turnirlərin finalında üz-üzə gəlməsidir. Heç vaxt Avropa Liqası və ya Çempionlar Liqası finalında qarşılaşmayan londonlular yalnız bir dəfə beynəlxalq oyunlarda qarşılaşıblar.

2003/-2004-cü il mövsümündə Çempionlar Liqasının 1/-4 final mərhələsində “Çelsi” – “Arsenal” görüşləri baş tutub.

“Emireyts”də oynanılan matç 1:1 hesabı ilə bitib.  “Stemford Bric”də isə “Çelsi” rəqibini üstələyərək mərhələ adlayıb – 2:1.

Avropa Liqasında isə onların yolu heç vaxt kəsişməyib. Lakin bu dəfə çox önəmli matçda münasibətlərə aydınlıq gətirəcəklər. Bakıda baş tutacaq London derbisi böyük ehtimalla hər iki klub bir-biri ilə keçiriləcək ən önəmli qarşılaşma olacaq.

Ümumiyyətlə, bu komandalar arasında 197 qarşılaşma keçirilib. Bunların 76-da “Arsenal” qələbə qazanıb. 63 oyunda isə “Çelsi” üstün olub.  58 qarşılaşma bərabərliklə nəticələnib.

“Topçular” bu qarşılaşmalarda 275 qol vurub. “Zadəganlar” isə 256 dəfə rəqibini məyus edə bilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər